Müqəddəs kitabın öyrənilməsi
Tam siyahı: Mövzular üzrə Yaddaş sistemi
Hər həftə əzbərlədiyin ayələri işarələ:
A bölməsi: Yeni həyat yaşamaq
Hər şeyin mərkəzində İsa | 2 Korinflilərə 5:17 Qalatiyalılara 2:20 |
İsaya itaət etmək | Romalılara 12:1 Yəhya 14:21 |
Allahın kəlamı | 2 Timoteyə 3:16 Yeşua 1:8 |
Dua etmək | Yəhya 15:7 Filipililərə 4:6-7 |
Ünsiyyət | Matta 18:20 İbranilərə 10:24-25 |
Müjdə vermək | Matta 4:19 Romalılara 1:16 |
B bölməsi: İsanı təbliğ etmək
Hər kəs günahkardır | Romalılara 3:23 Yeşaya 53:6 |
Günahın cəzası | Romalılara 6:23 İbranilərə 9:27 |
İsa cəzamızı çəkdi | Romalılara 5:8 1 Peter 3:18 |
Xilas əməllərin nəticəsi deyil | Efeslilərə 2:8-9 Titə 3:5 |
İsanı qəbul etməliyik | Yəhya 1:12 Vəhy 3:20 |
Xilas haqqında əminlik | 1 Yəhya 5:13 Yəhya 5:24 |
C bölməsi: Allahın vədlərinə güvənmək
Onun Ruhu | 1 Korinflilərə 3:16 1 Korinflilərə 2:12 |
Onun gücü | Yeşaya 41:10 Filipililərə 4:13 |
Onun sədaqəti | Mərsiyələr 3:22-23 Saylar 23:19 |
Onun sülhü | Yeşaya 26:3 1 Peter 5:7 |
Onun təmin etməsi | Romalılara 8:32 Filipililərə 4:19 |
Sınaqlarda Onun köməyi | İbranilərə 2:18 Zəbur 119:9,11 |
D bölməsi: İsanın şagirdi olmaq
İsa hər şeydən önəmlidir | Matta 6:33 Luka 9:23 |
Dünyadan ayrı olmaq | 1 Yəhya 2:15-16 Romalılara 12:2 |
Dönməz olmaq | 1 Korinflilərə 15:58 İbranilərə 12:3 |
Başqalarına xidmət etmək | Mark 10:45 2 Korinflilərə 4:5 |
Əliaçıq olmaq | Süleymanın Məs. 3:9-10 2 Korinflilərə 9:6-7 |
Dünyagörüşü | Həvarilərin İşləri 1:8 Matta 28:19-20 |
E bölməsi: İsaya daha çox bənzəmək
Məhəbbət | Yəhya 13:34-35 1 Yəhya 3:18 |
İtaətkarlıq | Filipililərə 2:3-4 1 Peter 5:5-6 |
Saflıq | Efəslilərə 5:3 1 Peter 2:11 |
Düzlük | Levililər 19:11 Həvarilərin İşləri 24:16 |
İman | İbranilərə 11:6 Romalılara 4:20-21 |
Yaxşı əməllər | Qalatiyalılara 6:9-10 Matta 5:16 |
Hər şeyin mərkəzində İsa
2 Korinflilərə 5:17
Deməli, kim Məsihdədirsə, yeni yaradılışdır, köhnə şeylər keçib-getdi, təzə şeylər gəldi.
2 Korinflilərə 5:17
A-1 Yeni həyat yaşamaq
İsaya itaət etmək
Romalılara 12:1
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
Romalılara 12:1
A-3 Yeni həyat yaşamaq
Hər şeyin mərkəzində İsa
Qalatiyalılara 2:20
Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
Qalatiyalılara 2:20
A-2 Yeni həyat yaşamaq
İsaya itaət etmək
Yəhya 14:21
Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm.
Yəhya 14:21
A-4 Yeni həyat yaşamaq
Allahın kəlamı
2 Timoteyə 3:16
Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır;
2 Timoteyə 3:16
A-5 Yeni həyat yaşamaq
Dua etmək
Yəhya 15:7
Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.
Yəhya 15:7
A-7 Yeni həyat yaşamaq
Allahın kəlamı
Yeşua 1:8
Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan.
Yeşua 1:8
A-6 Yeni həyat yaşamaq
Dua etmək
Filipililərə 4:6-7
Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin. 7 Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.
Filipililərə 4:6-7
A-8 Yeni həyat yaşamaq
Ünsiyyət
Matta 18:20
Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam.
Matta 18:20
A-9 Yeni həyat yaşamaq
Müjdə vermək
Matta 4:19
İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız».
Matta 4:19
A-11 Yeni həyat yaşamaq
Ünsiyyət
İbranilərə 10:24-25
Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. 25 Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.
İbranilərə 10:24-25
A-10 Yeni həyat yaşamaq
Müjdə vermək
Romalılara 1:16
Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir.
Romalılara 1:16
A-12 Yeni həyat yaşamaq
Hər kəs günahkardır
Romalılara 3:23
Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub
Romalılara 3:23
B-1 İsanı təbliğ etmək
Günahın cəzası
Romalılara 6:23
Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.
Romalılara 6:23
B-3 İsanı təbliğ etmək
Hər kəs günahkardır
Yeşaya 53:6
Hamımız qoyun kimi yolu azmışdıq, Hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu.
Yeşaya 53:6
B-2 İsanı təbliğ etmək
Günahın cəzası
İbranilərə 9:27
Necə müəyyən edilmişdir ki, insanlar bir dəfə ölüb ondan sonra mühakimə olunsunlar
İbranilərə 9:27
B-4 İsanı təbliğ etmək
İsa cəzamızı çəkdi
Romalılara 5:8
Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
Romalılara 5:8
B-5 İsanı təbliğ etmək
Xilas əməllərin nəticəsi deyil
Efeslilərə 2:8-9
Çünki iman vasitəsilə, lütflə xilas oldunuz. Bu, sizin nailiyyətiniz deyil, Allahın hədiyyəsidir. 9 Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
Efeslilərə 2:8-9
B-7 İsanı təbliğ etmək
İsa cəzamızı çəkdi
1 Peter 3:18
Çünki saleh olan Məsih də saleh olmayanlar uğrunda, onların günahları üçün bir dəfə əzab çəkdi‡ ki, sizi Allahın hüzuruna gətirsin. O cismən edam edilmiş, amma ruhən həyata qovuşmuşdur.
1 Peter 3:18
B-6 İsanı təbliğ etmək
Xilas əməllərin nəticəsi deyil
Titə 3:5
Bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi.
Titə 3:5
B-8 İsanı təbliğ etmək
İsanı qəbul etməliyik
Yəhya 1:12
Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi.
Yəhya 1:12
B-9 İsanı təbliğ etmək
Xilas haqqında əminlik
1 Yəhya 5:13
Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.
1 Yəhya 5:13
B-11 İsanı təbliğ etmək
İsanı qəbul etməliyik
Vəhy 3:20
Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.
Vəhy 3:20
B-10 İsanı təbliğ etmək
Xilas haqqında əminlik
Yəhya 5:24
Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata
Yəhya 5:24
B-12 İsanı təbliğ etmək
Onun Ruhu
1 Korinflilərə 3:16
Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır?
1 Korinflilərə 3:16
C-1 Allahın vədlərinə güvənmək
Onun gücü
Yeşaya 41:10
Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə sənə dayaq olacağam.
Yeşaya 41:10
C-3 Allahın vədlərinə güvənmək
Onun Ruhu
1 Korinflilərə 2:12
Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik.
1 Korinflilərə 2:12
C-2 Allahın vədlərinə güvənmək
Onun gücü
Filipililərə 4:13
Mənə qüvvət verən Məsihin köməyi ilə hər işə gücüm çatır.
Filipililərə 4:13
C-4 Allahın vədlərinə güvənmək
Onun sədaqəti
Mərsiyələr 3:22-23
Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir. 23 Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür.
Mərsiyələr 3:22-23
C-5 Allahın vədlərinə güvənmək
Onun sülhü
Yeşaya 26:3
Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir.
Yeşaya 26:3
C-7 Allahın vədlərinə güvənmək
Onun sədaqəti
Saylar 23:19
Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi?
Saylar 23:19
C-6 Allahın vədlərinə güvənmək
Onun sülhü
1 Peter 5:7
Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.
1 Peter 5:7
C-8 Allahın vədlərinə güvənmək
Onun təmin etməsi
Romalılara 8:32
O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
Romalılara 8:32
C-9 Allahın vədlərinə güvənmək
Sınaqlarda Onun köməyi
İbranilərə 2:18
Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.
İbranilərə 2:18
C-11 Allahın vədlərinə güvənmək
Onun təmin etməsi
Filipililərə 4:19
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Filipililərə 4:19
C-10 Allahın vədlərinə güvənmək
Sınaqlarda Onun köməyi
Zəbur 119:9,11
Bir cavan yolunu necə təmiz saxlaya bilər? – Sənin sözlərinə bağlı qalmaqla. 11 Sənə qarşı günah etməyim deyə Kəlamını qəlbimdə qoruyub saxlamışam.
Zəbur 119:9,11
C-12 Allahın vədlərinə güvənmək
İsa hər şeydən önəmlidir
Matta 6:33
Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək.
Matta 6:33
D-1 İsanın şagirdi olmaq
Dünyadan ayrı olmaq
1 Yəhya 2:15-16
Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. 16 Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.
1 Yəhya 2:15-16
D-3 İsanın şagirdi olmaq
İsa hər şeydən önəmlidir
Luka 9:23
Sonra hamısına söylədi: «Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin.
Luka 9:23
D-2 İsanın şagirdi olmaq
Dünyadan ayrı olmaq
Romalılara 12:2
Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
Romalılara 12:2
D-4 İsanın şagirdi olmaq
Dönməz olmaq
1 Korinflilərə 15:58
Beləliklə, ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın.
1 Korinflilərə 15:58
D-5 İsanın şagirdi olmaq
Başqalarına xidmət etmək
Mark 10:45
Çünki Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin.
Mark 10:45
D-7 İsanın şagirdi olmaq
Dönməz olmaq
İbranilərə 12:3
Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz.
İbranilərə 12:3
D-6 İsanın şagirdi olmaq
Başqalarına xidmət etmək
2 Korinflilərə 4:5
Biz özümüzü yox, İsa Məsihi Rəbb olaraq vəz edirik. Özümüzü isə İsa naminə qullarınız olaraq təqdim edirik.
2 Korinflilərə 4:5
D-8 İsanın şagirdi olmaq
Əliaçıq olmaq
Sül. Məs. 3:9-10
Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir. 10 Onda anbarların nemətlə dolar, Şərab çənlərin təzə şərabla daşar.
Sül. Məs. 3:9-10
D-9 İsanın şagirdi olmaq
Dünyagörüşü
Həvarilərin İşləri 1:8
Amma Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız.
Həvarilərin İşləri 1:8
D-11 İsanın şagirdi olmaq
Əliaçıq olmaq
2 Korinflilərə 9:6-7
Yadda saxlayın: az əkən az, bol-bol əkən bol- bol biçəcək. 7 Könülsüz yaxud məcburi yox, hər kəs ürəyinin niyyətinə görə pay versin. Çünki Allah sevinə-sevinə pay verən adamı sevir.
2 Korinflilərə 9:6-7
D-10 İsanın şagirdi olmaq
Dünyagörüşü
Matta 28:19-20
Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; 20 sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm.
Matta 28:19-20
D-12 İsanın şagirdi olmaq
Məhəbbət
Yəhya 13:34-35
Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir- birinizi sevin. 35 Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz.
Yəhya 13:34-35
E-1 İsaya daha çox bənzəmək
İtaətkarlıq
Filipililərə 2:3-4
Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz itaətkarlıqda digərini özündən üstün saysın 4 və yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdsün.
Filipililərə 2:3-4
E-3 İsaya daha çox bənzəmək
Məhəbbət
1 Yəhya 3:18
Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək.
1 Yəhya 3:18
E-2 İsaya daha çox bənzəmək
İtaətkarlıq
1 Peter 5:5-6
Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər».
1 Peter 5:5-6
E-4 İsaya daha çox bənzəmək
Saflıq
Efəslilərə 5:3
Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə, aranızda çəkilməsin, çünki bunlar müqəddəslərə yaraşmaz.
Efəslilərə 5:3
E-5 İsaya daha çox bənzəmək
Düzlük
Levililər 19:11
Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın.
Levililər 19:11
E-7 İsaya daha çox bənzəmək
Saflıq
1 Peter 2:11
Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz.
1 Peter 2:11
E-6 İsaya daha çox bənzəmək
Düzlük
Həvarilərin İşləri 24:16
Bu məqsədlə mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicdanımın təmiz olması üçün çalışıram.
Həvarilərin İşləri 24:16
E-8 İsaya daha çox bənzəmək
İman
İbranilərə 11:6
İman olmadan Allahı razı salmaq qeyri- mümkündür. Çünki Allaha yaxınlaşan şəxs inanmalıdır ki, O var və Onu axtaranlara mükafat verir.
İbranilərə 11:6
E-9 İsaya daha çox bənzəmək
Yaxşı əməllər
Qalatiyalılara 6:9-10
Yaxşılıq edərkən ruhdan düşməyək. Çünki əgər həvəsdən düşməsək, vaxtında biçərik. 10 Buna görə də nə qədər fürsətimiz varsa, hamı üçün, xüsusən imanlılar ailəsi üçün yaxşı işlər görək.
Qalatiyalılara 6:9-10
E-11 İsaya daha çox bənzəmək
İman
Romalılara 4:20-21
Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. 21 Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir.
Romalılara 4:20-21
E-10 İsaya daha çox bənzəmək
Yaxşı əməllər
Matta 5:16
Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
Matta 5:16
E-12 İsaya daha çox bənzəmək
Формат 84х108 1/16 Офсет чап цсулу. Ф.ч.в. 6.75
Сайы: 750 яд.
“OL” нпкт-нин мятбяясиндя чап олунуб. АЗ 1009 Бакы, Мирзя Ибращимов 43.
Тел: (012) 497-36-23
E-маил: олнпкт@gmail.com